Bolqarıstan XİN rəhbəri: “Cənub Qaz Dəhlizi bizim üçün strateji əhəmiyyət daşıyır"

Bolqarıstan XİN rəhbəri: “Cənub Qaz Dəhlizi bizim üçün strateji əhəmiyyət daşıyır"
# 13 may 2016 11:56 (UTC +04:00)

Bakı – APA. “Əminəm ki, Cənub Qaz Dəhlizi layihəsi təkcə Azərbaycanla Bolqarıstan arasında deyil, eləcə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsi üçün imkanlar açacaq”.

APA-nın məlumatına görə, bunu Bolqarıstan xarici işlər naziri Daniel Mitov Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

Enerji layihələrindən danışan bolqarıstanlı nazir Cənub Qaz Dəhlizi layihəsinin ölkəsi üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR