Nigeriyada hərbçilər 240 qadın və uşağı “Boko Haram”ın əsirliyindən azad ediblər

Nigeriyada hərbçilər 240 qadın və uşağı “Boko Haram”ın əsirliyindən azad ediblər
# 23 sentyabr 2015 22:37 (UTC +04:00)

Bakı-APA. Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno əyalətində “Boko Haram” terror təşkilatının əsirliyindən 240 nəfəri azad edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, xüsusi əməliyyat nəticəsində radikal qruplaşmanın 40 üzvü saxlanılıb.

Məlumata əsasən, Nigeriya ordusu qruplaşmaya məxsus xeyli sayda silah-sursat müsadirə edib.

Qeyd edək ki, sentyabrın 21-də Borno ştatının administrativ mərkəzi Mayduquri şəhərində baş verən partlayışlar zamanı 54 nəfər ölmüş, 90 nəfər yaralanmışdı.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR