Bakıda şirkətdən 60 min manat oğurlayan şəxslərin şikayəti təmin edilməyib

Bakıda şirkətdən 60 min manat oğurlayan şəxslərin şikayəti təmin edilməyib
# 08 iyun 2016 07:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Azad Həziyev, Nicat Xəlilov və Aqşin Mustafayevin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.



APA-nın məlumatına görə, məhkəmə şikayətləri təmin etməyib.

Qeyd edək ki Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Mustafayevlə N. Xəlilov hər biri 14 il, A. Həziyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar cəzalarının azaldılmasını istəyiblər.

İttihama görə, onlar ötən ilin avqustunda Bakıda "Qara çay" tikinti şirkətinin gözətçisi Zina Bəşirovanın əl-qolunu bağlayaraq, içərisində 60 000 ABŞ dolları və şirkətə məxsus sənədlər olan seyfi quldurluq yolu ilə talayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR