Yığmamız Ukrayna ilə yoldaşlıq görüşü keçirəcək

Yığmamız Ukrayna ilə yoldaşlıq görüşü keçirəcək
# 26 aprel 2016 13:41 (UTC +04:00)

Bakı – APA. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 5-21-i aralığında ölkəmizdə keçiriləcək Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirir. Baş məşqçi Təbriz Həsənovun apasport.az saytına verdiyi məlumata görə, komandamız turnirin startına qədər bir yoldaşlıq görüşü keçirməyi planlaşdırır.

O, bunun üçün rəqib tapdıqlarını da söyləyib. Belə ki, çalışdırıcı yetirmələrini turnir üçün Bakıya bütün komandalardan tez gələcək Ukrayna millisi ilə qarşılaşmada sınamaq niyyətindədi: “Ukrayna millisi ilə qarşılaşmaq ehtimalımız 90 faizdi. Onlarla danışıq aparmışıq. Artıq ikin razılıq da əldə olunub. Amma 1-2 günə tam dəqiqləşəcək. Matçın nə zaman baş tutacağı da həmin vaxt bilinəcək”.

Qeyd edək ki, Ukrayna millisi ölkəmizə aprelin 29-da gələcək. Yığmamız ilk tur çərçivəsində mayın 5-də Portuqaliya, ukraynalılar isə həmin gün Almaniya ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR