Brüssel polisi xüsusi əməliyyat zamanı 6 nəfəri saxlayıb

Brüssel polisi xüsusi əməliyyat zamanı 6 nəfəri saxlayıb
# 25 mart 2016 00:50 (UTC +04:00)

Bakı-APA. Brüssel polisi 2 kommuna ərazisində keçirdiyi xüsusi əməliyyat zamanı 6 nəfəri saxlayıb. APA-nın RTBF-yə istinadən verdiyi xəbərə görə, əməliyyata xüsusi təyinatlılar və helikopter cəlb olunub. Saxlanılan şəxslərin Brüsseldə törədilən silsilə terror aktları ilə əlaqəli olduğu ehtimal edilir.

Qeyd edək ki, martın 22-də Brüssel aeroportu və metropolitenində törədilən 3 partlayış nəticəsində 31 nəfər ölüb, 316 nəfər isə yaralanıb. Terror aktlarına görə məsuliyyəti öz üzərinə İŞİD götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR