Həyat yoldaşını qətlə yetirən Cəlilabad sakininin apellyasiya şikayəti təmin edilməyib

Həyat yoldaşını qətlə yetirən Cəlilabad sakininin apellyasiya şikayəti təmin edilməyib
# 08 iyun 2016 08:36 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı – APA. Şirvan Apellyasiya Məhkəməsində həyat yoldaşını qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Cəlilabad rayon sakini, 1983-ci il təvəllüdlü Abıyev Anar Hazarxan oğlunun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2015-ci ilin sentyabrında Anar Abıyev həyat yoldaşı 1986-cı il təvəllüdlü Abasova Təranə Saməddin qızına ailə münaqişəsi zəminində çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Anar Abıyevi 17 il müddətinə azadlıqdan məhrum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR