Bakıda Mədəniyyətlərarası İnnovasiya Mükafatının təqdim olunması mərasimi keçirilib

Bakıda Mədəniyyətlərarası İnnovasiya Mükafatının təqdim olunması mərasimi keçirilib
# 26 aprel 2016 18:23 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bakıda Mədəniyyətlərarası İnnovasiya Mükafatının təqdim olunması mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərasimdə çıxış edən BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl Nasir mədəniyyətlərarası dialoqun vacib olduğunu bildirib.

Onun sözlərinə görə, mədəniyyətlərarası dialoq insanlar arasında qarşılıqlı anlaşma və hörməti qorumaq baxımından çox vacibdir.

“Bir çox sahələrdəki inkişafa baxmayaraq, biz hələ də təəssüfləndirici hadisələrlə üzləşirik. Mədəniyyətlərin qütbləşməsi, mədəniyyətlərarası zorakılıq kimi halların şahidi oluruq. Mədəniyyət və dinlər arasında körpü qurmaq, dialoq yaratmaq, müxtəlifliyi təbliğ etmək UNAOC-un əsas missiyasıdır. Bizim dünya sürətlə dəyişir. Sülhü saxlamaq üçün innovativ olmalıyıq. Biz baryerləri, etimadsızlığı aradan qaldırmalıyıq”, - deyə Nasir Əbdüləziz əl Nasir qeyd edib.

Daha sonra Sivilizasiyalar Alyansının fəaliyyətinə töhfə verən iştirakçılara mükafatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR