Hüquq müdafiəçiləri hərbi hissədə monitorinq keçiriblər - - FOTO

Hüquq müdafiəçiləri hərbi hissədə monitorinq keçiriblər  -  - <span style="color: red;">FOTO
# 19 oktyabr 2015 09:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov Daxili Qoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, hərbi hissənin komandiri, polkovnik Salamat Cəfərovla, əsgər və çavuşlarla görüşübıər: "Əsgərlərin, çavuşların hər hansı şikayətlər yoxdur. Hərbi hissədə ölüm halı baş verməyib, yoluxucu xəstəliyə yoluxan olmayıb. Əsgərlər hərbi hissəyə daxil olan zaman tibbi yoxlamadan keçirlər. Əgər xidmətə yararsız əsgər olarsa, geri qaytarılır.

Bizə bildirdilər ki, şəhid Mübariz İbrahimov da əsgərliyini həmin hərbi hissədə keçib".

E. Behbudov monitorinqin nəticələrindən razı qaldığını və nəticələr barədə arayışla daxili işlər naziri Ramil Usubova məlumat verəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR