Türkiyə XİN: Azərbaycan vətəndaşlarına viza tətbiqindən söhbət gedə bilməz

Türkiyə XİN: Azərbaycan vətəndaşlarına viza tətbiqindən söhbət gedə bilməz
# 08 yanvar 2016 10:46 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. “Azərbaycan vətəndaşlarına viza tətbiqindən söhbət gedə bilməz”.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç keçirdiyi mətbuat konfransında APA-nın Türkiyə müxbirinin sualına cavabında deyib. “Türkiyə Azərbaycan vətəndaşlarına yeni viza rejimi tətbiq etməyəcək, həmçinin Azərbaycan vətəndaşlarının Türkiyədəki 1 aylıq yaşama müddətinə də məhdudiyyət gətirilməyəcək. Yəni, Azərbaycanla bağlı indiyə qədərki durumda heç bir dəyişiklik nəzərdə tutulmayıb” – deyə, o bildirib.

Qeyd edək ki, Türkiyə mətbuatı Avropa İttifaqı ilə imzalanan viza sadələşdirilməsi və readmissiya sazişi çərçivəsində 2016-cı ilin iyun ayından etibarən Aİ üzvü olmayan 89 ölkəyə, o cümlədən Azərbaycana viza rejimi tətbiq edəcəyi ilə bağlı məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR