Mərkəzi Bank bayram günləri üçün manatın dollara nisbətən məzənnəsini açıqlayıb

Mərkəzi Bank bayram günləri üçün manatın dollara nisbətən məzənnəsini açıqlayıb
# 30 dekabr 2015 09:34 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin nəzərinə çatdırır ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şaiyələrə inanmasınlar.

AMB-dən “APA-Economics”ə verilən xəbərə görə, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 05 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirilib.


Məlumat üçün bildirilir ki, bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR