Naxçıvanda sığorta daxilolmaları azalıb

Naxçıvanda sığorta daxilolmaları azalıb
# 23 avqust 2016 08:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Naxçıvanda sığorta daxilolmaları azalıb.

APA-Economics” Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ilin yanvar-iyul aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 3 mlrd. 483,7 min manat olub. Bu, 2015-ci ilin eyni dövrünə nisbətən 16,6 mln. manat və ya 0,47% azdır.

Qeyd edək ki, 2015-ci ilin yanvar-iyul aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 3 mlrd. 500,3 min manat olub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 165,2 min manat və ya 5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR