"SOCAR Trading" "Platts Global Energy Awards 2015" müsabiqəsinin finalçısı olub

"SOCAR Trading" "Platts Global Energy Awards 2015" müsabiqəsinin finalçısı olub
# 13 oktyabr 2015 12:13 (UTC +04:00)

Bakı - APA-Economics. SOCAR-ın ticarət evi olan "SOCAR Trading" şirkəti "Platts Global Energy Awards" müsabiqəsinin finalçısı olub.

"SOCAR Trading"dən "APA-Economics"ə verdilən məlumata görə, şirkət sənaye sahəsində nümunəvi idarəçiliyin həyata keçirilməsi və innovasiya nailiyyətlərini qeyd edən illik proqram – "Platts Global Energy Awards" müsabiqəsinin finalçısı olub.

2015-ci ildə finalçılar 4 qitənin 30 ölkəsini təmsil edən 200-yə yaxın namizəd arasından seçilib.

Şirkətdən bildirilib ki, "SOCAR Trading" bu il "İlin strateji razılaşması" nominasiyasında mükafat uğrunda mübarizə aparır.

"Platts Global Energy Awards" 1999-cu ildə təsis edilib və enerji sahəsinin "Oskar"ı kimi qəbul olunur. O, dünyanın enerji sektorunda 17 kateqoriya üzrə fəaliyyət istiqamətini əhatə edir.

"Dünyanın enerji sənayesinin yüzlərlə nümayəndəsi, o cümlədən "SOCAR" şirkətinin nümayəndələri də "Platts Global Energy Awards" 2015-də iştirak etmək üçün dekabrın 9-da Nyu-Yorkda toplaşacaqlar", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR