Pentaqon: “ABŞ Avropada hərbi potensialını artırmaq niyyətində deyil”

Pentaqon: “ABŞ Avropada hərbi potensialını artırmaq niyyətində deyil”
# 15 oktyabr 2015 03:43 (UTC +04:00)

Bakı-APA. ABŞ Avropada hərbi potensialını artırmaq niyyətində deyil.

APA-nın məlumatına görə, bunu ABŞ quru qoşunları qərargah rəisi Mark Milli “Defence News”-a müsahəsində deyib.

“Bizim belə bir niyyətimiz yoxdur. Düşünmürəm ki, biz “soyuq müharibə” dövründə olduğu kimi Avropada 300-350 min hərbçi yerləşdirməliyik”, deyə M.Milli bildirib.

Qərargah rəisi həmçinin Rusiyanın Suriyada hərbi iştirakını şərh edib: “Rusiya “odun üstünə yağ tökdü”. Bu narahatlıq doğurur və fikrimcə, Suriyada vəziyyəti daha da mürəkkəbləşdirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR