Avropa İttifaqının yeni sərhəd xidməti yaradılacaq

Avropa İttifaqının yeni sərhəd xidməti yaradılacaq
# 22 aprel 2016 05:03 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı Şurası yeni sərhəd və sahil mühafizə xidmətinin yaradılması qərarını təsdiqləyib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Aİ-nin miqrasiya və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos bildirib.

“Bu gün biz Avropa Sərhəd və Sahil Mühafizə Agentliyinin yaradılmasına dair razılıq əldə edə bilmişik”, - deyə avrokomissar bildirib.

Yeni sərhəd xidmətinin yaradılmasına dair qərar Aİ-yə üzv olan 28 dövlətin DİN rəhbərlərinin konfransı zamanı qəbul edilib.

Bu arada Avropa Komissiyasının büdcə və qaçqın problemləri üzrə vitse-prezident Kristalina Georgiyeva Avropada qaçqın probleminin həlli üçün əlavə 15 mlrd dollar lazım olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR