Lavrov: “ABŞ koalisiyası Suriyada qeyri-legitim fəaliyyət göstərir”

Lavrov: “ABŞ koalisiyası Suriyada qeyri-legitim fəaliyyət göstərir”
# 29 aprel 2016 04:55 (UTC +04:00)

Bakı-APA. “ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiya Suriyada qeyri-legitim fəaliyyət göstərir. Vaşinqton Dəməşqdən razılıq alsaydı, BMT TŞ-nin hamını qane edən qətnaməsini qəbul etmək mümkün olardı”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov.

Nazir qeyd edib ki, Suriyada antiterror mübarizəsini qanuni əsaslarla yalnız Rusiya aparır: “ABŞ-ın koalisiyası isə orada qeyri-legitim fəaliyyət göstərir”.

“Mən amerikalı tərəfdaşlarımıza dəfələrlə bunu böyük səhv olduğunu bildirmişəm. Onlar İraq hökumətindən razılıq aldıqları kimi, Dəməşqdən də almalı, ya da məsələ ilə bağlı BMT TŞ-ə müraciət etməli idilər. Əgər bu baş versəydi, mən şübhə etmirəm ki, biz, BMT TŞ-nin həm ABŞ koalisiyasını, həm də Suriya hökumətini qane edəcək qətnaməsini hazırlayıb qəbul edə bilərdik, çünki, bu bizim ümumi bəlamızdır”, - deyə Lavrov İsveçin “Dagens Nyuheter” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, onların Suriyaya qeyri-legitim müdaxiləsi koalisiyanı yalnız terrorçuların mövqelərinə yox, gələcəkdə, ehtimal ki, Liviya ssenarisi ilə, rejim qüvvələrinə qarşı hücum üçün istifadə etmək imkanının yaradılmasını əks etdirir.

“Düzdür, bu cür planlar rəsmi heç yerdə elan edilməyib, lakin, onlar mütəmadi özünü biruzə verir. Sayıq olmaq gərəkdir”, - deyə Lavrov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR