Hacıqabulda 9 seçicinin 100-dən çox yaşı var

Hacıqabulda 9 seçicinin 100-dən çox yaşı var
# 26 sentyabr 2016 08:12 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabulda referendumda iştirak edən doqquz seçicinin 100-dən çox yaşı var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 58 saylı Hacıqabul-Kürdəmir Dairə Seçki Komissiyasını (DSK) əhatə edən məntəqələrdə seçici aktivliyi müşahidə edilib. 49 məntəqədə keçirilən referendumda səsvermə siyahısı üzrə seçicilərin sayı 44343 nəfərdir. DSK üzrə 9 seçicinin 100-dən çox yaşı var. 80-100 yaşlı seçicilərin sayı 786 nəfərdir. Ən yaşlı seçici - Pullu Rəcəbovanın 114 yaşı var. 18 yaşına çatmış 703 seçici ilk dəfə səs verəcək.

Eyni zamanda Daxili Qoşunların Hacıqabulda yerləşən hərbi hissənin zabit və əsgər heyəti də səsvermədə iştirak edir.

8 məntəqədə referendmu “online” rejimdə izləmək üçün vebkameralar quraşdırılıb.

Bir neçə məntəqədə Fransanın “OpinionWay” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi və "ELS" Müstəqil Araşdırmalar Mərkəzi “exit-poll” keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR