Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 9 Sentyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 9 Sentyabr
# 09 sentyabr 2016 18:15 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Rusiyanın Suriya siyasətində dəyişiklik var. Moskvanın tərəzisində Türkiyə Əsəddən ağır gəlməyə başlayıb. Ankaranın Suriya həmləsinə ilk yaşıl işığı Rusiya yandırmış, “Fərat qalxanı” əməliyyatına ilk loyal münasibəti Rusiya açıqlamışdı. İndi isə Türkiyənin Hələblə bağlı həssaslığını ilk Rusiya diqqətə almağa başlayıb. Əsəd Suriya üçün heç vaxt olmazsa-olmaz deyil, hələ ötən il Vladimir Putin açıqlamasında Suriyada rejimin dəyişdirilə biləcəyinə işarə vurmuş, bunun üçün bazarlıq masası arxasına əyləşə biləcəyi mesajı vermişdi. Bu gün Moskva Suriya bazarında tələb və təklifləri dəyərləndirərək siyasət yürüdür. Bu bazara yeni daxil olan Türkiyənin Hələb və PYD məsələsində xarici dəstəyə ciddi ehtiyacı var. ABŞ bu dəstəyi vermir, Moskva isə Hələblə bağlı Türkiyənin həssaslığını diqqətə alacağına işarə vurur. İki ölkə prezidentinin telefon görüşündə əsas müzakirə mövzusunun Hələb olduğu şübhəsizdir. Əgər Rusiya Türkiyənin Suriya həmlələrini sonadək dəstəkləyərsə, bu, Ankara-Moskva-Tehran xəttinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq. Hər üç ölkənin Suriyada öz maraqları var, amma onları bir ortaq maraq birləşdirir - Rusiya, İran və Türkiyə Suriyanın parçalanmasını istəmirlər.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR