Gəncə Dövlət Universitetində Beynəlxalq Anti-işğal Forumunun nümayəndələri ilə görüş keçirilib

Gəncə Dövlət Universitetində Beynəlxalq Anti-işğal Forumunun nümayəndələri ilə görüş keçirilib
# 01 iyun 2016 11:18 (UTC +04:00)

Gəncə. Etibar Məmmədov - APA. Bu gün Beynəlxalq Anti-işğal Forumunun bir qrup üzvü Gəncə Dövlət Universitetinin tələbə-müəllim heyəti ilə görüş keçirib.


APA-nın məlumatına görə, görüşdə professor, Türkiyə ordusunun təqaüddə olan polkovniki İbrahim Öztək hazırkı ictimai-siyasi vəziyyətlə bağlı məruzə ilə çıxış edib. O, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Sonra forumun Azərbaycan təmsilçiliyinin rəhbəri Akif Nağı, forum nümayəndələri - Göksel Gülbəy, Əli Babayev Sərraf Kərimov, Cəfər Dal və digərləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşüblər.

Universitetin prorektoru Gülsüm Fətəliyeva isə çıxışında bu cür tədbirlərin xüsusi önəm daşıdığını vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Anti-işğal Forumu Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Rusiyadan olan qeyri-hökumət təşkilatlarının iştirakı ilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR