Rio-2016: Azərbaycana ilk “qızıl”ı Radik İsayev qazandırıb

<span style="color: red;">Rio-2016:  Azərbaycana ilk “qızıl”ı Radik İsayev qazandırıb
# 21 avqust 2016 03:27 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Olimpiya tarixində taekvondo üzrə ilk qızıl medal qazanı. APA-nın xəbərinə görə, həlledici görüşdə dünya və Avropa çempionumuz rəqibi niger idmançısı Abdulrazzak İssufu üzərində 6:2 hesabı ilə qələbə qazanaraq Azərbaycana ilk qızıl medal qazandırıb.

+80 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionumuz Radik İsayev yarışa 1/8 finaldan start verib. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. Görüşboyu rəqibindən üstün olan Radik İsayev ilk raundda xal qazana bilməsə də, ikinci və üçüncü raundda bu üstünlüyünü xala çevirərək rahat qələbə qazanıb - 11:2.

Təmsilçimiz 1/4 finalda Dongmin Ça (Cənubi Koreya) ilə qarşılaşıb. Pekin Olimpiadasının qalibi ilə döyüş olduqca gərgin keçib. Qarşılaşma boyunca hesabda geri olan Radik sona bir neçə saniyə qalmış fəallaşaraq vəziyyəti xeyrinə dəyişə bilib. Rəqibin başına endirdiyi effektli zərbə ilə aradakı fərqi artıran idmançımız yekunda 12:8 hesabı ilə qalib gəlib.

Yarımfinalda idmançımız Böyük Britaniya təmsilçisi Mahama Ço ilə mübarizə aparıb. Ənənəvi taktikasına uyğun olaraq təmkinlə döyüşən idmançımız nəticəni son raundda həll edib. O, 0:1 geri düşdüyü görüşü 4:1 hesablı qələbə ilə başa vurub və finala adlayıb.

Bu, Azərbaycan Olimpiya tarixində növbəti ilk kimi tarixə düşüb. Belə ki, boks yarışlarından sonra taekvondoda da təmsilçimiz ilk dəfə finala yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR