PKK terrorçuları Türkiyədə polis idarəsinə iriçaplı silahlardan atəş açıblar

  PKK terrorçuları Türkiyədə polis idarəsinə iriçaplı silahlardan atəş açıblar
# 25 sentyabr 2015 14:20 (UTC +04:00)

Bakı-APA. PKK terrorçuları Türkiyədə polis idarəsini atəşə tutublar. APA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Mardin vilayətinin Nusaybin rayonunda qeydə alınıb. Bagok Dağı girişində yerləşən Gürin polis idarəsinə PKK terrorçuları tərəfindən qumbaratanlar və iri çaplı silahlardan atəş açılıb. Əsgərlərlə terrorçular arasında bir saata yaxın davam edən atışmadan sonra PKK-çılar ərazidən uzaqlaşıblar.

Bölgədə terrorçuların tutulması istiqamətində havadan hücum da daxil olmaqla əməliyyat başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR