Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 03 oktyabr 2016 18:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Bakıda yaşayış binasında yanğın olub.

APA-nın məlumatına görə, yanğın bu gün axşam saatlarında Həmzə Babaşov küçəsi, 11 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzillərdən birində meydana gəlib.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi cəlb olunub.

Həyata keçirilən tədbir nəticəsində yanğın söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR