“Nar” və “Uninet” müştərək kampaniyaya start verib

“Nar” və “Uninet” müştərək kampaniyaya start verib
# 25 dekabr 2015 12:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Nar” və “Uninet” Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində müştərək kampaniyaya start veriblər.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hər bir “Nar” abunəçisi “Uninet” şəbəkəsinin mövcud olduğu binalarda şəbəkəyə pulsuz qoşulur, “Uninet”dən hədiyyə olaraq 2 aylıq ödənişsiz internetlə yanaşı, IPTV qazanmaq fürsəti əldə edirlər.

Kampaniya çərçivəsində “Nar” abunəçiləri müxtəlif internet tariflərinə pulsuz qoşulma imkanı və “Uninet” tərəfindən təqdim olunacaq 120 televiziya kanalını izləmək fürsəti qazanacaqlar.

Qeyd edək ki, yalnız Bakı ərazisində keçərli olan “Nar & Uninet” kampaniyası 31 yanvar 2016-cı il tarixədək qüvvədədir. Kampaniyaya qoşulmaq üçün “Nar” abunəçiləri birdəfəlik 5 manat və ya daha artıq məbləğdə ödəniş etməklə balanslarını artırmalıdırlar.

Daha ətraflı məlumatı 777 qısa nömrəsi, eləcə də www.nar.az və ya www.nar.uninet.az internet saytları vasitəsilə əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR