UNEC rektoru tələbələrin imtahan prosesində qarşılaşdıqları problemləri dinləyib

UNEC rektoru tələbələrin imtahan prosesində qarşılaşdıqları problemləri dinləyib
# 09 yanvar 2016 13:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Açıq qapı” günü keçirilib. Universitetin marketinq və kommunikasiya departamentinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilən ilk “Açıq qapı”da UNEC rektoru, professor Ədalət Muradov ictimaiyyət nümayəndələri, tələbə və valideynlərin imtahan prosesində qarşılaşdıqları problemləri dinləyib.

Rektor daxil olan təklif və iradların operativ araşdırılıb tədbir görülməsi ilə bağlı məsul şəxslərə müvafiq göstərişlər verib. Bir sıra məsələlər yerindəcə həll edilib. Qış imtahan sessiyasının ilk “Açıq qapı” günündə 45 nəfərin müraciətinə baxılıb.

UNEC-də qış imtahan sessiyası dövründə hər həftənin şənbə günü rektorun “Açıq qapı” günləri keçiriləcək. Bundan başqa, imtahanlarda obyektivliyin və şəffaflığın qorunması məqsədilə bütün tədris binalarında qərargahlar yaradılıb. Universitetin “Qaynar xətt” (146-1-3) xidməti də müraciətləri araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR