Hesablama Palatası Səbail, Şamaxı və Mingəçevir rayon İcra hakimiyyətlərində yoxlamalar aparıb

Hesablama Palatası Səbail, Şamaxı və Mingəçevir rayon İcra hakimiyyətlərində yoxlamalar aparıb
# 25 dekabr 2015 14:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Hesablama Palatası Kollegiyasının iclası keçirilib.

APA-nın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin yerli xərclərindən Şamaxı rayon Təhsil şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Səbail və Mingəçevir rayon İcra hakimiyyətləri və tabeliklərində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR