Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənlikdə iştirak edib

Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənlikdə iştirak edib
# 24 dekabr 2015 16:25 (UTC +04:00)

APA-nın məlumatına görə, Fondun Bakının əyləncə mərkəzlərindən birində uşaqlar üçün təşkil etdiyi şənliyə paytaxtın müxtəlif uşaq evlərindən xüsusi qayğıya ehtiyacı olan 200-dək uşaq qatılıb.

Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən aksiyada balacalar müxtəlif maraqlı attraksionlarda əyləniblər, oyunlarda iştirak ediblər. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar şənlikdən xüsusi zövq alıblar, gözəl istirahət ediblər, əylənib oynayıblar.

Balacaların zövqünə uyğun bəzədilən məkanda keçirilən şənlikdə uşaqların ən yaxın dostu olan və həmişə qayğılarına qalan Mehriban Əliyeva da onların əyləncəsinə qoşulub, müxtəlif oyunlarda qazandıqları qələbələri alqışlayıb, sevinclərini bölüşüb.

Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirdə müxtəlif uşaq evlərinin sakinlərinin birgə nahar etmələri onlar üçün həm də bu şənlikdən aldıqları təəssüratları bölüşmək imkanı yaradıb. Mehriban Əliyeva uşaqlarla səmimi söhbət edib, onlarla şəkil çəkdirib.

Şənliyin sonunda balacalara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR