Elmar Məmmədyarov İsveçrənin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov İsveçrənin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
# 09 oktyabr 2015 17:26 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə səfir Filip Stalder etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirib. O, iki ölkə arasında siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Səfir Filip Satelder ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. O, İsveçrənin vaqon, sement istehsalı, əczaçılıq, tikinti və digər sahələr üzrə ixtisaslaşmış şirkətlərinin uğurla Azərbaycanda fəaliyyət göstərdiklərini qeyd edib.

Görüş əsnasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb. Sonda nazir Elmar Məmmədyarov səfir Filip Stalderə diplomatik fəaliyyətində uğurlar arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR