Xarkovda təcili yardım maşınının avtobusla toqquşması nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb

Xarkovda təcili yardım maşınının avtobusla toqquşması nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb
# 03 fevral 2016 01:38 (UTC +04:00)

Bakı-APA. Xarkovda təcili yardım maşınının avtobusla toqquşması nəticəsində 4 nəfər ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, təcili yardım maşını qəfil yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn avtobusla toqquşub.

Qəza nəticəsində təcili yardım maşınının sürücüsü və həkim-feldşer hadisə yerində ölüb, maşında olan 4 yaşlı uşaq və digər həkim aldıqları xəsarətlərdən xəstəxanada keçiniblər.

Uşağın anası daxil olmaqla daha 8 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara çatdırılıblar.

İlkin versiyaya əsasən, qəzaya səbəb təcili yardım maşınının sürücüsünün sükan arxasında qəfil keçinməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR