Nardaranda yaradılacaq dini icmanın sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olub

Nardaranda yaradılacaq dini icmanın sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olub
# 14 iyun 2016 09:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bakının Nardaran qəsəbəsində yeganə dini icma kimi fəaliyyət göstərəcək “Rəhimə xanım ziyarətgah - məscidi” dini icmasının qeydiyyatı üçün sənədlər artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olub.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda “Rəhimə xanım ziyarətgah - məscidi” dini icmasının yaradılması ilə bağlı sənədlərin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanılır.

Qeyd edək ki, Nardaranda Cümə məscidi, Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidi mövcuddur. Ötən ilin sonunda qəsəbədə baş verən məlum hadisələrdən sonra Cümə məscidi istisna olmaqla, digər məscidlərin fəaliyyəti qeydiyyatsız olduqları üçün dayandırılıb. Bundan sonra Nardaranda yalnız bir icmanın qeydiyyata alınması və digər məscidlərin o icma vasitəsi ilə mütəvəli (nümayəndə) qayda ilə idarə olunması barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR