Salyan və Qaxda ev yanıb

Salyan və Qaxda ev yanıb
# 13 dekabr 2015 07:54 (UTC +04:00)

Bakı – APA. Salyan rayonu, Qarabağlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qax şəhərində də yanğın baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Bitişik köməkçi otaq yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR