“DəmirBank” müxtəlif valyutalarda pul köçürmələri təklif edir

“DəmirBank” müxtəlif valyutalarda pul köçürmələri təklif edir
# 09 dekabr 2015 13:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Hal-hazırda “DəmirBank” ASC öz müştərilərinə müxtəlif valyutalarda köçürmə əməliyyatlarının aparılmasını təklif edir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, müştərilər zaman itkisi olmadan və əlavə hesab açılmadan rahatlıqla 100–dən artıq xarici valyuta növündə köçürmələri mövcud hesabları vasitəsilə müvafiq valyutaya mübadilə etməklə həyata keçirə bilərlər.

“DəmirBank” əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank beynəlxalq pul köçürmələrini “Western Union”, “Blizko”, “PrivatMoney”, “UPT”, “Leader”, “Forsaj”, “Monex” sistemləri ilə həyata keçirir.

Qeyd edək ki, “DəmirBank”ın “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” kampaniyası mövcuddur ki, adı çəkilən aksiya çərçivəsində “Şimşək” sistemi üzrə də pul göndərənlərə mobil rabitə ödəmə kartı hədiyyə edilir. Belə ki, bankın filiallarında ən azı 500 manat/dollar/avro məbləğində pul köçürən müştəriyə istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 manat/dollar/avro olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyindən “stabil” proqnozlu “B” reytinqinə, “Planet Ratings” agentliyindən isə “pozitiv” proqnozlu “B” reytinqinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR