Bank Of Baku

Abdullah Avcı “Trabzonspor”un baş məşqçisi təyin olunub - YENİLƏNİB

Abdullah Avcı “Trabzonspor”un baş məşqçisi təyin olunub - YENİLƏNİB
# 12 oktyabr 2023 16:40 (UTC +04:00)

“Trabzonspor”un yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu Türkiyə klubunun mətbuat xidməti açıqlayıb.

Super Liqa klubunu Abdullah Avcı çalışdıracaq. Mütəxəssislə müqavilə imzalanıb. Anlaşmanın müddəti açıqlanmayıb. O, bu gün istefaya göndərilən Nenad Byelitsanı əvəzləyib.

Qeyd edək ki, Avcı ikinci dəfə “Trabzonspor” futbol komandasının baş məşqçisi təyin edilib. O, komanda ilə Super Liqa çempionluğu və iki Superkubok qazanıb.

***

13.21

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az xəbər verir ki, “Trabzonspor” futbol komandasının baş məşqçisi Nenad Byelitsa ilə yollar ayrılıb.

Bu barədə “Trabzonspor” klubu açıqlama yayıb.

Xorvatiyalı mütəxəssisin istefaya göndərilməsinə uğursuz nəticələr səbəb olub. Klubla baş məşqçi arasında 2025-ci ilin yayında başa çatmalı olan müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Artıq bu vəzifəyə əsas namizəd də bəllidir. Türkiyə mətbuatı komandanın sabiq baş məşqçisi Abdullah Avcının yenidən bu vəzifəyə qayıdacağını iddia edir.

Qeyd edək ki, cari mövsümdə Super Liqada 8 matça çıxan Trabzon təmsilçisi 4 qələbə qazanıb və eyni sayda məğlubiyyət alıb. 12 xala malik komanda hazırda 7-ci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR