AFFA klubları cərimələyib

AFFA klubları cərimələyib
# 06 iyun 2023 13:55 (UTC +04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, komitə Misli Premyer Liqası və Azərbaycan kuboku ilə bağlı mövsümün son qərarlarını verib.

XXXVI turun “Səbail”in futbolçusu Elmir Tağıyev “Şamaxı” ilə ev oyununda birbaşa qırmızı vərəqə aldığı üçün 4 matç cəzalanıb, klubu 3200 manat cərimə edilib. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan klubların hərəsi 800 manat cərimələnib. Qarşılaşma bitdikdən sonra “A buraxılışı” vəsiqəsi olmayan şəxslər dəhlizə daxil olduğuna görə “Səbail” 800 manat ziyana düşüb.

Azərbaycan kubokunun finalında keçirilən “Neftçi” – “Qəbələ” oyunu bitdikdən sonra Bakı klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atılıb. Bu üzdən paytaxt təmsilçisi 1600 manat cərimə edilib. Əlavə vaxtda “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin işlədilməsinə görə bakılılar 4000 manat ödəyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR