Hindistanda anomal istilər nəticəsində 335 nəfər ölüb - VİDEO

Hindistanda anomal istilər nəticəsində 335 nəfər ölüb - <span style="color: red;">VİDEO
# 24 may 2015 12:30 (UTC +04:00)

APA-nın “The Times of India” nəşrinə istinadən verdiyi məlumata görə, havanın temperaturu atmaqda davam edir.

Ən qızmar hava Hindistanın cənub ştatlarında – Andxra-Pradeş və Telanqanada qeydə alınıb. Burada havanın temperaturu normanı 5-7 dərəcə keçərək, 48 dərəcəyə yüksəlib. Mayın 23-də - gün ərzində bu ştatlarda 135 nəfər istidən ölüb. Bir çox rayonda müşahidə olunan su çatışmazlığı vəziyyəti daha da çətinləşdirir.

Bundan əvvəl Telanqana ştatında temperatur rekordu 1947-ci ildə qeydə alınıb – 47,2 dərəcə.

Havanın temperaturunun 40 dərəcəni keçməsi Hindistanda quraqlıq mövsümü üçün xarakterikdir. Hindistanda quraqlı mövsümü martdan iyuna qədər müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR