Bank Of Baku

AFFA-nın baş katibi: Santuşun istefa verməsini gözləyirik

AFFA-nın baş katibi: Santuşun istefa verməsini gözləyirik
# 06 sentyabr 2025 06:40 (UTC +04:00)

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin ilk matçında İslandiyaya məğlub olub - 0:5.

Apasport.az xəbər verir ki, oyundan sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlama verib.

Qurum rəsmisi bildirib ki, bu nəticədən sonra baş məşqçi ilə yollar ayrılmalıdır: "Biz Fernandu Santuşdan istefa gözləyirik. O, mətbuat konfransında istefa verməsə, bu haqda tədbir görüləcək".

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını sentyabrın 9-da Ukrayna yığmasına qarşı keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR