Bakıda 3 avtomobil yanıb

Bakıda 3 avtomobil yanıb
# 03 iyul 2015 03:21 (UTC +04:00)

Bakı-APA. Bakıda gecə saatlarında yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda vətəndaşlara məxsus "Mercedes" markalı minik avtomobilinin salonunun yanar hissələri, "Hyundai" və "PRADO" markalı minik avtomobillərinin isə mühərrik hissəsi yanıb. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR