AFFA prezidenti Santuşla yığmanın qarşısına qoyulan hədəfləri müzakirə edib

Fernandu Santuş, Rövşən Nəcəf

© APA | Fernandu Santuş, Rövşən Nəcəf

# 13 iyun 2024 16:53 (UTC +04:00)

AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunan Fernandu Santuş ilə görüşüb.

Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə yığmanın qarşısına qoyulan hədəflər, güclü və rəqabətədavamlı komandanın formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.

Söhbət zamanı həmçinin Azərbaycan futbolunun inkişafına dair planlar, o cümlədən uşaq futbolunun inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR