Afrika Millətlər Kubokunun qalibi məlum olub

Afrika Millətlər Kubokunun qalibi məlum olub
# 12 fevral 2024 05:31 (UTC +04:00)

Futbol üzrə Afrika Millətlər Kubokunun qalibi məlum olub.

APA xəbər verir ki, həlledici matçda Nigeriya və Kot-d'İvuar yığmaları qarşılaşıblar.

Üç qolun vurulduğu oyun Kot-d'İvuar seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 38-ci dəqiqədə Nigeriya millisinin heyətində Villiam Troost-Ekonq açıb. Turnirə ev sahibliyi edən Kot-d'İuvar yığması 62-ci dəqiqədə Frank Kessie ilə tablodakı rəqəmləri bərabərləşdirib. Sebastyen Haller isə 81-ci dəqiqədə qələbə qoluna imza ataraq komandasına kuboku qazandırıb.

Qeyd edək ki, Kot-d'İuvar seçməsi bu uğur nəticəsində 7 milyon ABŞ dolları gəlir götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR