Bank Of Baku

Almaniya Avropa Çempionatına görə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir

Almaniya Avropa Çempionatına görə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir
# 07 iyun 2024 14:40 (UTC +04:00)

Almaniya futbol üzrə Avropa Çempionatı ərəfəsində sərhəd boyunca təhlükəsizlik tədbirlərini gücləndirir.

APA-nın “Deutsche Welle”yə istinadən xəbərinə görə, bunu ölkənin daxili işlər naziri Nensi Fezer bildirib.

O deyib ki, bunda əsas məqsəd radikal islamçı qruplaşmaların çempionatın gedişində törədə biləcəyi terror-təxribat əməllərinin qarşısını almaqdan ibarətdir.

Nazirin sözlərinə görə, ölkəsinin müraciəti əsasında qonşu dövlətlərdən 580 polis əməkdaşı da təhlükəsizlik tədbirlərinə cəlb olunacaq.

Qeyd edək ki, 14 iyun -14 iyul tarixlərində Almaniyada futbol üzrə Avropa Çempionatı keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR