Prezident İlham Əliyev Liviya rəhbərini təbrik edib

Prezident İlham Əliyev Liviya rəhbərini təbrik edib
# 16 fevral 2018 17:08 (UTC +04:00)

Prezident İlham Əliyev Liviya Milli Barışıq Hökumətinin başçısı Faiz Mustafa Al-Sərraca təbrik məktubu göndərib.

APA-nın mılumatına görə, təbrikdə deyilir: "Zati-aliləri, ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Liviya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Liviya xalqına sülh və tərəqqi diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR