Azərbaycanın xarici işlər naziri: “Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni diplomatik kanallarla müzakirə edirik”

Azərbaycanın xarici işlər naziri: “Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni diplomatik kanallarla müzakirə edirik”
# 18 mart 2015 10:42 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sudanın xarici işlər naziri Ali Ahmed Karti ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hər dəfə xarici diplomatlar Azərbaycana gələndə onlardan tələb olunur ki, Ermənistana gedəndə bu məsələyə toxunsunlar: “ATƏT-in Minsk Qrupunun həmsədrləri, ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Viktoriya Nuland və Avropa İttifaqının nümayəndəsi da bu məsələyə toxunub”.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR