AVRO-2024: Ukrayna Slovakiyanı məğlub edib

AVRO-2024: Ukrayna Slovakiyanı məğlub edib
# 21 iyun 2024 19:11 (UTC +04:00)

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları keçirilir.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşması Düsseldorf şəhərində, Slovakiya və Ukrayna yığmaları arasında baş tutub.

Ukrayna geridönüş edərək vacib qələbə qazanıb.

Qeyd edək ki, slovakiyalılar E qrupunun ilk matçında Belçikaya qalib gəliblər - 1:0. Ukraynalılar isə Rumıniyaya 0:3 hesabı ilə məğlub olublar.

AVRO-2024

21 iyun

II tur

E qrupu

17:00. Slovakiya - Ukrayna 1:2

Qollar: Şranz (17) - Şaparenko, 54. Yaremçuk, 80

Baş hakim: Maykl Oliver (İngiltərə).

Düsseldorf, "Esprit Arena".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR