Bank Of Baku

AVRO-2028 və AVRO-2032-yə namizədlər rəsmiləşib

AVRO-2028 və AVRO-2032-yə namizədlər rəsmiləşib
# 12 aprel 2023 17:39 (UTC +04:00)

AVRO-2028 və AVRO-2032-yə ev sahibliyi etməyə namizədlərin yekun siyahısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

2028-ci ildəki yarışa iki sifariş qəbul olunub. Bunlardan biri Türkiyə, digəri Böyük Britaniya və İrlandiyadır. Bu sifariş 5 ölkəni – İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya və İrlandiyanı əhatə edir.

Türkiyə həm də AVRO-2032-yə sifariş verib. Bu turnirə digər namizəd İtaliyadır.

Qeyd edək ki, AVRO-2024 Almaniyada təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR