Avropa Liqası: "Qalatasaray" pley-off mərhələsinə qələbə ilə başlayıb

Avropa Liqası: "Qalatasaray" pley-off mərhələsinə qələbə ilə başlayıb
# 15 fevral 2024 23:53 (UTC +04:00)

Futbol üzrə Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

APA xəbər verir ki, istanbullular Çexiyanın “Sparta” (Praqa) klubunu qəbul edib.

Qarşılaşma Türkiyə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü fevralın 22-də olacaq.

Qollar: Kerem Demirbay 19, Angelo Presiado 47, Ladislav Kreyci 61, Yan Kuçta 65, Ladislav Kreyci (avtoqol) 90+1.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR