Bank Of Baku

"Ayaks" və "Panatinaikos" penalti zərbələrinin sayına görə avrokuboklarda rekord müəyyənləşdirib

"Ayaks" və "Panatinaikos" penalti zərbələrinin sayına görə avrokuboklarda rekord müəyyənləşdirib
# 16 avqust 2024 09:01 (UTC +04:00)

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Ayaks”la “Panatinaikos” arasında keçirilən oyunda penaltilər seriyasında vurulan zərbələrin sayına görə avrokubok rekordu müəyyən edilib.

APA xəbər verir ki, tərəflər 34 dəfə penalti zərəbəsi yerinə yetirib. Nəticədə Amsterdam klubu 13:12 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Görüşün əsas vaxtı 1:0 hesabı ilə Yunanıstan təmsilçisinin xeyrinə başa çatıb. İlk oyunda Hollandiya nəhəngi 1:0 hesabı ilə qalib gəlib.

Üstəlik, bu nəticə Avropa yarışlarında penaltilər seriyasında ikinci ən yüksək nəticədir. Birinci yerdə 2023-cü ilin iyulunda Konfrans Liqasının birinci təsnifat mərhələsinin görüşündə “Gzira United” və “Glentoran” arasında baş tutan penalti zərbələrinin nəticəsidir (14:13).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR