Kiş adası Azad İqtisadi Zonasının direktor müavini Azərbaycan iş adamlarını Kişə sərmayə yatırmağa çağırıb - FOTO

Kiş adası Azad İqtisadi Zonasının direktor müavini Azərbaycan iş adamlarını Kişə sərmayə yatırmağa çağırıb - <span style="color: red;">FOTO
# 31 may 2015 09:36 (UTC +04:00)

Kiş adası. Fərid Mirzəyev - APA. İranda səfərdə olan bir qrup Azərbaycan jurnalisti Kiş adası Azad İqtisadi Zonasının direktor müavini Məhəmməd Xudayi ilə görüşüblər.

APA-nın İrana ezam olunmuş müxbirinin məlumatına görə, M. Xudayi azərbaycanlı jurnalistlərə Kiş adası Azad İqtisadi Zonası haqda ətraflı məlumat verib.

O bildirib ki, Fars körfəzində yerləşən Kiş adasına il ərzində 2 milyona yaxın turist gəlir: “4 milyon insanı qəbul etməyə gücümüz çatır. Biz Kişi təzə-təzə tanıtmağa başlamışıq. Kiş adası Azad İqtisadi Zonası turizm mərkəzidir. Burada vergi, gömrük yoxdur. Kiş adasında iki yüksək xəstəxana fəaliyyət göstərir ki, insanlar istənilən xəstəlik üzrə həmin xəstəxanalarda müalicə və müayinə oluna bilərlər. Eyni zamanda, Kişdə qadınlar üçün ayrı, kişilər üçün ayrı çimərliklər mövcuddur. Onu da xüsusi qeyd etmək istəyirəm ki, Dubayla müqayisədə Kişdə qiymətlər çox münasibdir. Həm də Dubay çox dəyişib. Ancaq Kiş öz təbii gözəlliyini qoruyub saxlayıb. Kişin dənizi akvarium kimidir. Kişdə tarixi yerlər də çoxdur. Hazırda Kişdə 45 mehmanxana fəaliyyət göstərir. 11 alış-veriş mərkəzi var. 14 mehmanxananın tikintisi aparılır. Bütün bunlar hamısı halal turizmə daxildir. Bu məsələyə xüsusi diqqət etmək lazımdır”.

M. Xudayinin sözlərinə görə, Bakıdan Kiş adasına aviareysin açılması istiqamətində “Azərbaycan Hava Yolları” ilə danışıqlar aparılır: “Azərbaycanlılarla bizim müştərək dilimiz var. Azərbaycanlılar da Kişdə rahat istirahət edə bilərlər. Biz sizin turizm operatorlarını Kişə dəvət edirik. Azərbaycanlılar üçün Kiş adasına viza da istəmirik. Çox münasib qiymətlərlə onlar burada rahat alış-veriş edə bilərlər. Bizim İstanbula, Dubaya aviareyslərimiz mövcuddur. İnşallah, çox istəyirik ki, Azərbaycandan, Bakıdan Kişə aviareys olsun. Bununla bağlı AZAL-la danışıqlar aparırıq. Biz buna ancaq sevinərik. Bizim “Kiş Air” şirkətimiz fəaliyyət göstərir. Beynəlxalq hava limanımıza hər gün 45-50, bəzi hallarda hətta 60 təyyarə eniş edir. İranın hər yerinə buradan hər gün uçuş var. Azərbaycanlı turistləri Kişdən Dubaya, İsfahana, Təbrizə də apara bilərik”.

M. Xudayi qeyd edib ki, azərbaycanlı turistlərə yüksək səviyyədə xidmət etmək niyyətindədirlər. O, Azərbaycan iş adamlarını Kişə sərmayə yatırmağa da çağırıb: “Otel tikintisində və müxtəlif sahələr üzrə Azərbaycan bura sərmayə yatıra bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR