Bank Of Baku

Azərbaycan hakimləri DÇ-2026-nın seçmə mərhələsində Niderlandın oyununu idarə edəcək

Elçin Məsiyev

© APA | Elçin Məsiyev

# 05 sentyabr 2025 13:14 (UTC +04:00)

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, Məsiyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq.

Qeyd edək ki, G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən “Daryus və Qirena” stadionunda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR