Azərbaycan Kubokunda 2023/24 mövsümünün final qarşılaşmasının keçiriləcəyi stadion müəyyənləşib.
Apasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, qarşılaşma “Liv Bona Dea Arena”da baş tutacaq.
2 iyun tarixində keçiriləcək final oyununun başlama saatı, eyni zamanda həlledici matçın detalları ilə bağlı Peşəkar Futbol Liqasının saytında əlavə məlumat veriləcək.