Bank Of Baku

Azərbaycan millisi bu gün Avstriya ilə qarşılaşır

Azərbaycan millisi bu gün Avstriya ilə qarşılaşır
# 16 oktyabr 2023 17:17 (UTC +04:00)

Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Canni de Byazinin yetirmələri futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə üz-üzə gələcək.

VIII turun F qrupundakı matçı Bakıda baş tutacaq. Uzun fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionuna qayıdan milli azarkeşlərini sevindirmək üçün meydana çıxacaq.

Komandamız qalib gəlsə, qələbə seriyasını 3-ə çatdıracaq. İordaniya ilə yoldaşlıq görüşündə 2:1 hesabına sevinən yığmamız ardınca Estoniyanı seçmə oyununda 2 cavabsız qolla üstələyib.

Millimiz Avstriya ilə görüşdə 3 xal qazansa, ən azı bir neçə saatlıq 3-cü sıraya yüksələcək. Komandamızın üçüncü pillədə qalması üçün İsveç turu xalsız başa vurmalıdır.

Qeyd edək ki, qrupun digər matçında Belçika İsveçi qəbul edəcək.

AVRO-2024-ün seçmə mərhələsi
F qrupu, VIII tur
16 oktyabr
20:00. Azərbaycan - Avstriya

Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR