Azərbaycan millisi FIFA-nın reytinqində mövqeyini qoruyub

Azərbaycan millisi FIFA-nın reytinqində mövqeyini qoruyub
# 18 iyul 2024 13:32 (UTC +04:00)

FIFA milli komandaların reytinq siyahısını yeniləyib.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin mövqeyi dəyişməyib. Fernandu Santuşun rəhbərlik etdiyi yığma 1179.88 xalla 111-ci pillədəki yerini qoruyub.

Reytinq cədvəlinin ilk 3 pilləsində isə dəyişiklik olub. Siyahıya son dünya çempionu və Amerika Kubokunun qalibi Argentina seçməsi (1901.48) başçılıq edir. Fransa (1854,91) ikinci sırada qərarlaşıb. Son Avropa çempionu İspaniya (1729,92) 5 pillə irəliləyərək 3-cü yerə yüksəlib. Avro-2024-ün finalçısı İngiltərə (1812,26) isə 4-cü sıraya qalxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR