Bank Of Baku

Azərbaycan millisinin futbolçusu Koreya klubuna keçib

Azərbaycan millisinin futbolçusu Koreya klubuna keçib
# 21 fevral 2023 11:09 (UTC +04:00)

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk karyerasını Cənubi Koreyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı müdafiəçinin "Tedjon Hana Sitizien"ə keçidi rəsmiləşib.

Bunu Asiya təmsilçisinin mətbuat xidməti açıqlayıb. Anton yeni klubu ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2021-ci ildə "Neftçi"dən Plotsk təmsilçisi "Visla"ya keçən milliləşən legioner Polşa çempionatında 25 matçda 3 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR